Gələn il Azərbaycanda orta aylıq əməkhaqqı bu məbləğə çatacaq

İQTİSADİYYAT
14:52 21.09.2023
281
2024-cü ildə Azərbaycanda əhalinin nominal gəlirləri 84,1 milyard manat, nominal xərcləri isə 81,4 milyard manat proqnozlaşdırılıb. Bu isə 2023-cü illə müqayisədə müvafiq olaraq 8,3% və 8,6% çoxdur.

AZXEBER.COM xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Gələn il həmçinin, orta aylıq əməkhaqqı 980 manat proqnozlaşdırılıb. Bu isə 2023-cü il üzrə müəyyən edilən göstəricidən 5,4% çoxdur.

OXŞAR XƏBƏRLƏR