Tanınmış iqtisadçı alim Qubad İbadoğlu 2017-ci il üçün nəzərdə tutulan dövlət büdcəsi layihəsi barədə fikirlərini sosial şəbəkədəki səhifəsində paylaşmaqda davam edir. Həmin şərhi təqdim edirik:
"Gələn il müdafiə xərcləri son illərdə ən aşağı səviyyədə olacaq. Çıxış yollarından biri müdafiə vergisinin tətbiq edilməsi ola bilər.
2017-c ilin dövlət büdcəsinin ən zəif həqləsi müdafiə büdcəsi hesab oluna bilər. Çünki gələn il üçün proqnozlaşdırılan dövlət büdcəsinin açıqlanan parametrlərinə görə, 2017-ci ildə müafiə xərcləri bu illə müqayisədə 613,4 milyon manat və ya 27,5 faiz azalaraq 1 milyard 615 milyon manat (hazırkı məzənnə ilə 1 milyard dollar) təşkil edəcək. Bu göstərici, son 10 ildə, yəni 2007-ci ildən sonra ən aşağı səviyyəni xarakterizə edir.
Regionda vəziyyətin gərginləşdiyi və Ermənistanın Azərbaycanla hərbi qarşıdurmasının gücləndiyi indiki şəraitdə Azərbaycanın müdafiə xərclərinin kəskin azaldılması narahatlıq doğurur. Eyni zamanda nəzərə almaq lazımdır ki, son zamanlar istehlak bazarında sürətlə artan qiymətlər, manatın kəskin devalvasiyası hərbi qulluqçuların həyat şəraitini pisləşdirməkdə, eyni zamanda silahlı qüvvələrin müdafiə qabliyyətinin artırılması və yeniləşdirilməsi valyutaya olan tələbatı artırmaqdadır. Belə bir şəraitdə müdafiə xərclərinin kəskin azalmasının, hərbi qulluqçuların əmək haqlarının ixtisarının qarşısını almaq üçün çıxış yollarından biri gələn ildən etibarən müdafiə vergisinin tətbiq edilməsi ola bilər. Fikrimcə, bu vergi növü işləyənlərin gəlirlərinə şamil edilməklə, yığılan vəsait müdafiə nazirliyinə ayrılmalıdır ki, onlar xərləri ilə gəlirlərini tarazlaşdıra bisinlər. Yeri gəlmişkən qeyd edim ki, müharibə şəraitində olan bir çox ökələrdə anoloji vergi növü müxtəlif adlarla (müharibə, ordu, müdafiə və sair) tətbiq olunur".