Gələn il sosial ipotekaya 40 milyon manat ayrılacaq

İQTİSADİYYAT
11:20 10.10.2013
1386

Gələn il sosial ipotekaya 40 milyon manat ayrılacaq

2014-cü ildə sosial ipotekanın tətbiqinin genişlənməsi üçün dövlət büdcəsindən Azərbaycan İpoteka Fonduna 40 mln. manat vəsait ayrılması nəzərdə tutulub.AZXEBER.COM-un verdiyi xəbərə görə, bu, Azərbaycanın 2014-cü ilin dövlət büdcə layihəsində əks olunub.Bildirək ki, 2013-cü ildə sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün dövlət büdcəsindən İpoteka Fonduna 40 mln. manat ayrılıb. Bu da 2012-ci illə müqayisədə 20 mln. manat və yaxud 2 dəfə çoxdur.2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manat, xərcləri isə 20 mlrd. 63 mln. manat həcmində proqnozlaşdırılır. 2013-cü il üzrə isə bu göstərici müvafiq olaraq 19 mlrd. 159 mln. manat və 19 mlrd. 850 mln. manat təşkil edir.2014-cü il dövlət büdcəsi gəlirlərinin 9,3 milyard manatını və ya ümumi büdcə daxilolmalarının 50,8%-ni Dövlət Neft Fondundan transfertlər, 7,1 milyard manatını və ya 38,6%-ni Vergilər Nazirliyi, 1,5 milyard manatını və ya 8,2%-ni Gömrük Komitəsinin xətti ilə, 0,4 milyard manatını və ya 2,2%-ni büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,2%-ni isə digər daxilolmalar təşkil edir.Bildirək ki, gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin 1 mlrd. 637 mln. 362 min manat olması proqnozlaşdırılır.

OXŞAR XƏBƏRLƏR