"Gələn il Ukraynada inflyasiya yüksək səviyyədə qalacaq"

"Gələn il Ukraynada inflyasiya yüksək səviyyədə qalacaq"
DÜNYA
19:34 23.07.2022
386
"Fitch”: Gələn il Ukraynada inflyasiya yüksək səviyyədə qalacaq
2022-ci ildə Ukraynada istehlak qiymətlərinin artımı 30%-ə qədər sürətlənəcək, gələn il isə qrivenin devalvasiyası səbəbindən inflyasiya yüksək olaraq qalacaq.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "Fitch” agentliyinin məlumatında deyilir.

Analitiklər inflyasiyanın pul-kredit siyasətinin zəif təsiri, tədarük zəncirindəki pozulmalar, büdcə kəsirlərinin nağd pulla maliyyələşdirilməsi və dünyada xammal qiymətlərinin yüksək olaraq qalması nəticəsində sürətləndiyini deyirlər.

"2023-cü ildə inflyasiyanın yüksək səviyyədə qalacağı, orta hesabla 20% olacağı proqnozlaşdırılır ki, bu da qismən qrivenin ucuzlaşması ilə bağlıdır”, - məlumatda deyilir.
OXŞAR XƏBƏRLƏR