Gələn ildən əmək pensiyasının minimum məbləği 240 manat olacaq

Gələn ildən əmək pensiyasının minimum məbləği 240 manat olacaq
SOSİAL
21:22 20.12.2021
322
Əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunacaq.
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu, "Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, əmək pensiyasının minimum məbləği gələn ildən 20 faiz artırılacaq. Hazırda əmək pensiyasının minimum məbləği 200 manatdır.

Qanun layihəsi sabah Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
OXŞAR XƏBƏRLƏR