Gələn ilin sonuna qədər Ağdama 20 min əhali köçürüləcək

SOSİAL
10:35 26.02.2025
235
2026-ci ilin sonuna qədər Ağdama 20 min əhali köçürüləcək.

Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə layihələndirilmə işləri yekunlaşır, gələn ilin sonuna qədər dövlət proqramına daxil olan layihələr başa çatacaq.

"Bu il Ağdam şəhərinə və ətrafında üç kəndinə on minə yaxın əhali köçürülməsi nəzərdə tutulub. 2026-ci ilin sonuna qədər isə 20 min əhalinin köçürülməsi nəzərdə tutulub”, - o əlavə edib.
OXŞAR XƏBƏRLƏR