Gəlin maşını qəzaya düşdü, yaralılar var

Gəlin maşını qəzaya düşdü, yaralılar var
Bütün Xəbərlər
16:31 28.09.2015
1931
Ağstafa rayonunda yol-nəqliyyat qəzası baş verib.
Hadisə Bakı-Qazax magistralının rayonun Qırılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Kəpəz TV (Region TV) xəbər verir ki, Qazağın Şıxlı kəndindən Gədəbəy rayonuna gəlin gətirməyə gedən "Hyundai" markalı avtomobil "Naz-Lifan" markalı minik maşını ilə toqquşub. Zərbənin gücündən hər iki avtomobil magistraldan çıxaraq yol kənarına aşıb. Hadisə zamanı bəy xəsarət almasa da, sürücü - 54 yaşlı Dursun Əhmədov və onun 23 yaşlı qızı Aytəkin Əhmədova müxtəlif bədən xəsarətləri ilə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Qeyd edək ki, həmin ərazidə bir həftə öncə də toya gedən avtomobil qəzaya düşmüşdü. Fakta bağlı araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR