Gəlin nikah masasında bəyi şoka saldı

DÜNYA
11:24 24.05.2013
1907

Öz aralarında razılaşaraq evlənmək qərarına gələn cütlük nikah masasında şok yaşadı.

AZXEBER.COM-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, Türkiyənin Batman vilayətində sosial media vasitəsilə tanış olan və evlənməyə qərar verən gənc cütlük nikah salonunda qeyri-adi halla qarşılaşıb.

Gəlin nikah masasında bəyə “yox” cavabı verib. Bəy isə...“Yox” cavabı aldığından dəhşətə gələn bəy isə bələdiyyənin binasından aşağı tullanaraq intihara cəhd edib. Hadisə belə olub: Səhər saatlarında evlənmək üçün Batman Bələdiyyəsi Evlənmə İdarəsinə gələn cütlük nikah üçün son hazırlıqlarını tamamlayıblar. Qızın Ərzurum vilayətindən gələn ailəsi ərə getmək üçün qızlarını yola gətiriblər. Adı naməlum olan bəy qızın nikah məmuruna “evlənmək istəmirəm” deməsindən sonra özündən çıxıb. Heç cür qızı ona ərə gəlməyər razı sala bilməyən binəva oğlan bələdiyyə binasının 5-ci mərtəbəsindən aşağı tullanaraq özünü öldürmək istəyib.İdarənin dəhlizində adamlar çox olduğundan, bələdiyyə əməkdaşları gənci təhlükədən kənarlaşdırmağa nail olublar və polisə xəbər ediblər. Hadisə yerinə gələn polis əməkdaşları qızı, oğlanı və valideynləri ifadələrini almaq üçün polis idarəsinə aparıblar.Hadisə ilə bağlı araşdırma başlanıb.

OXŞAR XƏBƏRLƏR