Gəlin qayınanasını 13 bıçaq zərbəsi ilə qətlə yetirdi - Astaradakı cinayətin TƏFƏRRÜATI
SOSİAL
22:39 17.03.2026
135
Astarada gəlin qayınanasını diş düzəltdirməyə görə qətlə yetirib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Kolatan kəndində baş verib.
Belə ki, 2004-cü il təvəllüdlü Ruhanə İmanova qayınanası Xalidə Manafova ilə mütəmadi mübahisə edib. Qadın gəlini ilə oğlunu evdən çıxarmaq istəsə də, oğlunun imkansızlığından bu plan baş tutmayıb. Bundan sonra isə qayınana-gəlin arasında mübahisə şiddətlənib.
Bir müddət əvvəl R.İmanova həyat yoldaşının pulu ilə dişlərinə breket konstruksiya sistemi tətbiq etdirib. Bu isə X.Manafovanın xoşuna gəlməyib və nəticədə qayınana-gəlin arasında yeni mübahisə yaranıb. Mübahisə nəticəsində R.İmanova mətbəx bıçağı ilə qayınanasına 13 bıçaq zərbəsi endirərək onu qətlə yetirib.
Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən R.İmanova saxlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.İmanova 10 il azadlıqdan məhrum edilib.