“Gəlin-qaynana münasibətlərində də ciddi problemlər var”

“Gəlin-qaynana münasibətlərində də ciddi problemlər var”
SOSİAL
15:43 29.10.2026
205
Son illər ailə münasibətlərinə təsir edən amillər arasında maddi çətinliklər də müzakirə olunur.

Gəlirlərin ailənin ehtiyaclarını qarşılamaqda yetərli olmaması, borclar və gündəlik xərclərlə bağlı yaranan fikir ayrılıqları həyat yoldaşları arasında münaqişələrə səbəb ola bilər.

Bəs maddi problemlər ailələrin dağılmasında nə dərəcədə rol oynayır?

Sosioloq Mail Yaqub AZXEBER.COM-a açıqlamasında bildirib ki, maddi problemlərin boşanmalara təsiri olsa da, bu, ayrılıqların əsas səbəbi deyil:

"Maddi problemlərin ailələrin dağılmasına təsiri var, amma bu, boşanmaların əsas səbəbi deyil. Yəni boşanan ailələrin böyük əksəriyyəti maddi problemlərə görə ayrılmır. Maddi problemlərə görə boşanan ailələr də var, lakin onlar əksəriyyəti təşkil etmir. Boşanan ailələrin böyük əksəriyyətində mənəvi və psixoloji problemlər olur. Yəni xanım və bəy bir-birinə qarşı güzəştə getmək, fədakarlıq etmək, məsuliyyət götürmək istəmirlər. Hər kəs günahı qarşı tərəfdə görür, özündə günah axtarmaq istəmir”.
 
 

Sosioloq gəlin-qaynana münasibətlərindəki problemlərin də ailədaxili münaqişələrə təsir etdiyini vurğulayıb:

"Gəlin-qaynana münasibətlərində də ciddi problemlər var. Burada da hər kəs özünü haqlı hesab edir. İnsanların eqoizmi boşanmalara səbəb olur. Eqoizm fədakarlığın tam əksidir, güzəştin tam əksidir”. Mail Yaqub boşanmaların sayının azaldılması üçün ailə münasibətləri ilə bağlı maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd edib.

"Bu gün Azərbaycanda boşanmaların qarşısını almaq istəyiriksə, bu istiqamətdə iş aparmalıyıq. Təlimlər keçirməli, verilişlər hazırlamalı, sosial şəbəkələrdə maarifləndirici kontent paylaşmalıyıq. Ailə psixologiyası, ailə əxlaqı və ailədaxili münasibətlərin necə qurulması barədə insanlara məlumat verməliyik. Əgər bunu davamlı şəkildə bir, iki, üç il etsək və dövlət də bu layihələrə dəstək versə, Azərbaycanda boşanmaların faiz nisbətini azaltmaq olar”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Diplomatiyanın qarşılıqlılıq prinsipi: 2024-cü ildə niyə Şuşa yox, Berlin üstün tutuldu?
17:38 29.10.2026
Diplomatiyanın qarşılıqlılıq prinsipi: 2024-cü ildə niyə Şuşa yox, Berlin üstün tutuldu?
İlham Əliyev İspaniyanın Kralına başsağlığı verib
17:34 29.10.2026
İlham Əliyev İspaniyanın Kralına başsağlığı verib
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
17:29 29.10.2026
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
17:19 29.10.2026
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
Bakıda idmançı məşq zamanı öldü
17:17 29.10.2026
Bakıda idmançı məşq zamanı öldü
Bakı dünya futbolunun mərkəzində: FIFA U-15 Azərbaycan üçün niyə önəmlidir?
17:17 29.10.2026
Bakı dünya futbolunun mərkəzində: FIFA U-15 Azərbaycan üçün niyə önəmlidir?
Ceyranbatanda 10 şagird zəhərləndi
16:54 29.10.2026
Ceyranbatanda 10 şagird zəhərləndi
Məktəbdə jurnalisti döyən 3 nəfərə cinayət işi açıldı - DİN-dən rəsmi açıqlama
16:40 29.10.2026
Məktəbdə jurnalisti döyən 3 nəfərə cinayət işi açıldı - DİN-dən rəsmi açıqlama
30 il öncə Ramiz Mehdiyevə “İblis” deyən yazıçı danışdı: “Heydər Əliyev mənə dedi ki..”
16:22 29.10.2026
30 il öncə Ramiz Mehdiyevə “İblis” deyən yazıçı danışdı: “Heydər Əliyev mənə dedi ki..”
Hacıbəy Heydərli: Jurnalistlərə qarşı zorakılıq heç bir halda qəbul edilə bilməz
16:16 29.10.2026
Hacıbəy Heydərli: Jurnalistlərə qarşı zorakılıq heç bir halda qəbul edilə bilməz
Prezident Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
16:08 29.10.2026
Prezident Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
Əli Əsədov Gürcüstanda səfərdədir
16:01 29.10.2026
Əli Əsədov Gürcüstanda səfərdədir
“Gəlin-qaynana münasibətlərində də ciddi problemlər var”
15:43 29.10.2026
“Gəlin-qaynana münasibətlərində də ciddi problemlər var”
Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA
15:35 29.10.2026
Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA
Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR
15:32 29.10.2026
Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA
15:24 29.10.2026
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA