Türkiyədə özünə toy edən bəy toydan bir gün sonra həyatının şokunu yaşayıb. Bəy dələduzluq qurbanı olub.Hadisə Adananın Kozan rayonunda baş vermişdi. Çayçı işləyən Fatih Çakır adlı gənc 20 yaşlı qızla tanış olub. Tanışlıqdan bir müddət sonra onlar evlənmək qərarına gəliblər. Ailələrin razılığı ilə cütlük üçün nişan və toy mərasimi təşkil edilib.Toy günü bəylə-gəlin qonaqlar ilə birlikdə doyunca əyləniblər. Lakin xoşbəxtlik bir necə saat çəkib. Belə ki, iddialara görə, səhər yeməyindən sonra təzə gəlin taxılan qızılları və pulları da götürərək evdən qaçıb. O, təzə bəyin evdə olmasına baxmayaraq qapını qıfıllayaraq gedib.Çakır dərhal qohumlarıilə birlikdə polisə müraciət edərək dələduz qurbanı olduğunu bildirib. "Onun daha öncədə bir necə dəfə bu yolla başqa insanlara qarşı dələduzluq etdiyini öyrəndik. O, 15 min liralıq qızıl (təribən 5 min manat) ilə 20 min lira (2500 manat) nəğd pul aparıb".//anspress