“Gəlin, Xəqani Məmmədovun başını kəsək” -Rövnəq Abdullayev

“Gəlin, Xəqani Məmmədovun başını kəsək” -Rövnəq Abdullayev
SOSİAL
12:08 05.07.2016
1885
“Bu gün PFL-in ötən 4 ildəki işinə qiymət verildi. Seçkilər oldu və Ramin Musayev bu vəzifəyə seçildi”.Bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.Bu gün Peşəkar Futbol Liqasının (PFL) prezident seçkiləri keçirilib və yeganə namizəd Ramin Musayevin qarşıdakı 4 il ərzində bu postda qalması təsdiqlənib. AFFA rəhbəri iclasdan sonra təşkil edilən mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Çətin də olsa, PFL-lə birlikdə yüksək səviyyədə çempionat keçirmişik. Ən əsası, ədalətli olub. Eyni zamanda ədalətli hakimliyimiz olub. Hakimliyin keyfiyyətini qaldırmaq üçün işlər görürük. Onlar hər il ən yüksək səviyyədə 2 toplanış keçirlər. Mən PFL-ə tövsiyələrimi verdim. May ayında Qəbələdə 8 klubun iştirakı ilə böyük turnir keçirəcəyik. İstəyirik gözəl turnir keçirək, mükafat fondu qoyaq. AFFA-nın İcraiyyə Komitəsinin qərarına görə, gələn mövsümə ən azı 4 komanda lisenziyaya cavab versin ki, Premyer Liqaya keçə bilsin. İstəyirik, növbəti mövsüm ən azı 10 komandalı çempionat keçirək”.- Yalnız Ramin Musayevin namizəd olacağını gözləyirdiz?- Gözləyirdim. İlk dəfədi ki, Avrokubokda 3 klubumuz normal oyun sərgilədi. Hamısına uğurlar arzu edirik. Uğurları davam etsin, bizə də futbol bayramı qismət olsun.- AFFA və PFL prezidentliyinə namizəd olmaq üçün cəsarətdən başqa nə lazımdı?- Bu, böyük cəsarət tələb etmir. Mən istərdim ki, alternativ olsun. Belədə seçkilər daha maraqlı keçər. Namizədliyini verən yoxdusa, mən nə edə bilərəm?- Hakimlərimiz son toplanışı ölkə daxilində keçirdilər. Bunun səbəbi nə oldu?- Hakimlərimiz yayda Bolqarıstana gedəcəklər. Qışda hava ilə bağlı getmirlər. Üstəlik, həmin vaxt komandalar da olmur.- Xaqani Məmmədovun yerinə nə zaman namizəd olacaq?- Hakimlərin səhvində Xaqani Məmmədov günahkardısa, gəlin, onun başını kəsək. Avropa çempionatında hakim səhvləri olur, onları güllələmək lazımdı? Yoxsa, Kollinanı? Əsas odu ki, hakimlər qərəzli olmasın. Qərəzli idarəçilik artıq yoxdu. Mərc oyunları Avropada baş alıb gedir. Gülməli şeylərə pul qoyuluşu edir. Belə hal olsa, həmin şəxs məsuliyyətə cəlb olunmalıdı.- Dövlət Proqramının vaxtı bitib. Yeni proqram hazırlanacaqmı?- Proqram hazırlamışıq. 2020-2025-ci ilə qədərki qısa proqram olacaq. Futbol tarixində ən vacibi 2020-ci ildi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
15:00 26.08.2025
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
14:57 26.08.2025
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
14:47 26.08.2025
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi