Gəlingətirdiyə gedən musiqiçilər qəzaya düşdü - Xəsarət alıblar

Gəlingətirdiyə gedən musiqiçilər qəzaya düşdü - Xəsarət alıblar
SOSİAL
23:33 21.06.2018
6412
Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

AZXEBER.COM-un APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qapanlı kəndi ərazisində baş verib. Hərəkətdə olan "VAZ 2106” markalı avtomobilin traktorla toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, xəsarət alanlar musiqiçilərdir. Onlar qız evindən toya gəlin aparmaq üçün gedirmişlər.

Faktla bağlı araşdırma aparılır. 
OXŞAR XƏBƏRLƏR