"Gəlinim məni sevməsə də, hörmət etməlidir" - VİDEO

"Gəlinim məni sevməsə də, hörmət etməlidir" - VİDEO
MAQAZİN
10:55 27.01.2026
300
"Gəlinim məni sevmək məcburiyyətində deyil, amma hörmət etməlidir".
 
Bu sözləri AZXEBER.COM-a müsahibəsi zamanı müğənni Xuraman Şuşalı deyib.
 
Müğənni sosial şəbəkələrdə aktiv olmasını qınayanlara cavab verib:
 
"Əgər əhvalım yaxşıdırsa, niyə də bunu video ilə sizə ötürməyim? Mənfi enerji ilə heç vaxt video çəkib onu qarşı tərəfə ötürmək olmaz. Mənim uşaqlarım da bloger ola bilərlər. Necə xoşbəxt olacaqlarsa, elə də yaşasınlar. Bu mənə bəsdir". 
 
Sənətçi müzakirə yaradan "Övladlarım mənim istəmədiyim biri ilə ailə qura bilməz" fikrinə aydınlıq gətirərək yanlış anlaşıldığını bildirib:
 
"Mənim o fikirlərimi doğru anlamadılar. Dediyim o idi ki, uşaqlarıma indidən təsir göstərirəm ki, gəlib mənə sonda deməyin ki, bu insanı sevirəm, onun da pis vərdişləri olsun. Mən buna heç vaxt iczə verməyəcəyəm. O insanı mən də görməliyəm, bəyənməliyəm. Pis yolun yolçusuna uşağımı verib niyə bədbəxt edim? Axı o sonra peşiman olacaq. Mənim də səhvlərim olub".
 
Sənətçi ailələrin dağılmasında valideynlərin rolundan danışıb:
 
"Ailə qurulandan sonra valideyn ora çox müdaxilə etməməlidir. Oğlum düz edir, qızım yaxşı edir kimi fikirlər olmamalıdır. Bizim təəssüflər olsun ki, kinolarımızda belə təsvir olunub ki, "Gəlin mənim süpürgəmdir, harada qoydum, orada durmalıdır". Bu əzəldən belə olmamalı idi".
 
Sənətçi arzuladığı gəlin obrazını da açıqlayıb:
 
"Mənim gəlinim oğlumu sevməlidir. Məni sevməsə də olar, amma hörmət etməlidir. Allah onları xoşbəxt etsin. Ailədə sevgi varsa, qarşılıqlı hörmət varsa hər şey düzələcək. Sevib hörmət etməsən o ailədə sevgi-hörmət qalmayacaq. Bizim ailədə də belədir ki, hər ikimiz bir-birimizi qarşılıqlı yola veririk. Görürəm ki, o əsəbidir mən zarafat edirəm, beləcə də ötüb keçir. Ya da tez hazırlaşıb evdən çıxıram".
 
Aysel Hacızadə



OXŞAR XƏBƏRLƏR