Gəlinlə mübahisə edən qayınana öldü

KRİMİNAL
21:24 20.08.2019
16349

Bakıda ailə-məişət zəminində baş verən mübahisə ölümlə nəticələnib. 

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon sakini, 1961-ci il təvəlllüdlü Hüseynova Nəzakət Əlihüseyn qızı yaşadığı evdə gəlini ilə mübahisə edib. Mübahisə zamanı qayınana qəfildən yıxılaraq ölüb. Onun ürək tutmasından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR