Sabiq xarici işlər naziri Elmar Məmmədyarov ailəsi ilə bağlı maraqlı açıqlamalar verib.
AZXEBER.COM xəbər verir ki, RTV-nin "Qaranlıqda həqiqət” layihəsində qonaq olan E.Məmmədyarov oğullarının ikisinin də əcnəbi xanımla ailə həyatı qurduğunu deyib.
"Bir gəlinim sinqapurludur. Özləri seçim ediblər, özləri təhsil alıblar, işləyirlər. Tam sərbəstdilər. Hələ nəvəm yoxdur. Həyat yoldaşım isə kimyaçıdır, çalışmır, ev xanımıdır”.
Qeyd edək ki, daha əvvəl E.Məmmədyarovun böyük oğlu Riyadın ABŞ-də amerikalı xanımla ailə həyatı qurması ictimailəşmişdi. Onun kiçik oğlu Emin də hazırda həmin ölkədə yaşayır.