Gəlirlərimiz artıb

İQTİSADİYYAT
10:30 15.03.2012
1548
Cari ilin yanvar-fevral aylarında Azərbaycanda əhalinin hər nəfərinə düşən gəlirləri 2011-ci ilin eyni dövrü ilə müqayisədə 12,0 faiz artaraq 497,9 manat və ya orta hesabla ayda 249,0 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZXEBER.COM-a verilən məlumata görə, adambaşına gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 8,3 faiz bəndi üstələyib. Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 4,5 milyard manatlıq gəlirin 70,6 faizi son istehlak xərclərinə, 9,8 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 17,3 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 4,1 milyard manat həcmində və ya əvvəlki ildəkindən 13,4 faiz çox vəsait qalıb.

OXŞAR XƏBƏRLƏR