"Gəmi qəzasında soydaşlarımız sərnişinlərin xilasına kömək edib” - Orxan Həsənoğlu

"Gəmi qəzasında soydaşlarımız sərnişinlərin xilasına kömək edib” - Orxan Həsənoğlu
SOSİAL
15:09 03.09.2026
38
"Filo Jet qəzasında soydaşlarımız sərnişinlərin xilasına kömək edib”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu deyib.

O qeyd edib ki, soydaşlarımız əsasən gəminin texniki heyətində çalışan əməkdaşlar olub:

"Gəmi heyətinin tərkibində üç Azərbaycan vətəndaşı olub və onların qəza zamanı sərnişinlərə yardım göstərməsi ilə bağlı video görüntülər və polis tərəfindən alınmış çoxsaylı izahatlar mövcuddur. Soydaşlarımız əsasən gəminin texniki heyətində çalışan əməkdaşlar olub. Onların qəza zamanı sərnişinlərə yardım etdiyi, xüsusilə xilasedici jiletlərin paylanmasında iştirak etdiyi video materiallar və şahid ifadələri ilə təsdiqlənir”. 

Sədr qeyd edib ki, Azərbaycan vətəndaşına birbaşa ünvanlanan hər hansı istintaq hərəkəti barədə məlumat yoxdur:

"Hazırda üç Azərbaycan vətəndaşına birbaşa ünvanlanan hər hansı istintaq hərəkəti barədə məlumat yoxdur. Cəmiyyət hesab edir ki, onların qəza zamanı davranışı və sərnişinlərin xilas edilməsinə göstərdikləri yardım istintaq materiallarında obyektiv şəkildə nəzərə alınmalıdır. Məhkəmə prosesində isə qəza ilə bağlı digər mühüm detallar da açıqlanıb. 

İkinci kapitan və gəmi kapitanı könüllü ifadələrində qəza tarixindən əvvəl gəmidə mühərrik və sükan sistemində nasazlıqların olduğunu, həmçinin gəminin daha əvvəl su aldığını polisə bildiriblər. Polis gəminin su aldığı müəyyən edildikdən sonra kapitanın sürəti azaltmamasını ehtiyatsızlıq kimi qiymətləndirib. İkinci kapitanın vəkili isə müvəkkilinin qəza zamanı sərnişinlərə yardım etdiyini və üzərinə düşən vəzifələri yerinə yetirdiyini bildirib. İstintaq çərçivəsində yüzlərlə şəxsin ifadəsinin alındığı, araşdırmanın davam etdiyi və növbəti mərhələlərdə əlavə ifadələrin alınacağı məhkəməyə bildirilib”.

"Qəza ilə bağlı şirkət direktoru A.Ö., gəmi kapitanı M.Ö., ikinci kapitan M.S., baş mexanik Z.Ö., ikinci mexanik M.G. və ekipaj üzvləri S.E., K.K., V.H. və R.İ. barəsində "ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olma” ittihamı irəli sürülüb. Azərbaycan–Kipr Dostluq Cəmiyyəti prosesin obyektiv və ədalətli şəkildə aparılmasının, xüsusilə qəza zamanı sərnişinlərin həyatının xilas edilməsi istiqamətində fəaliyyət göstərən ekipaj üzvlərinin hərəkətlərinin tam və hərtərəfli qiymətləndirilməsinin vacibliyini bildirir”,-deyə Orxan Həsənoğlu qeyd edib.

Şahanə
OXŞAR XƏBƏRLƏR