Gəmi yanğınında yaralanan işçilər xaricə göndərilir

Gəmi yanğınında yaralanan işçilər xaricə göndərilir
SOSİAL
13:50 11.05.2019
6044
Mayın 8-də axşam saatlarında Xəzər dənizində "İsrafil Hüseynov” borudüzən gəmisində baş verən yanğın nəticəsində xəsarət alan "Saipem” şirkətinin 11 əməkdaşı (o cümlədən Azərbaycan vətəndaşları) Medevac - xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə Turkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına göndəriləcək. 

Bu barədə AZXEBER.COM-a şirkətdən məlumat daxil olub. Əməkdaşların xəstəxanalara yerləşdirilməsi şirkət tərəfindən təşkil olunacaq.

Daha yüngül xəsarət almış 3 əməkdaşın müalicələrini davam etdirilməsi üçün öz vətənlərinə göndərilməsi nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR