'Gənc ailə' layihəsi uğurla davam edir

GƏNCLİK
14:53 04.12.2013
1421

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən “Gənc ailə” layihəsi davam edir.

Layihə rəhbəri Səbinə Məmmədova AZXEBER.COM-a bildirib ki, layihə çərçivəsində hazırlanmalı olan “gencaile.az” saytının test variantı artıq hazırdır. Eyni zamanda layihə çərçivəsində “Gənc ailə” məlumat kitabçasının çapı da nəzərdə tutulurdu: “Məlumat kitabçası üzərində də işlər tamamlanmaq üzrədir. Kitabçanın redaksiya prosesi sona çatıb, hazırda mətbəə prosesi gedir. Məlumat kitabçasında əsasən sağlamlıq və psixoloji mövzularda materiallar toplanıb. Yaxın 1 həftədə kitabça hazır olacaq”.

Qeyd edək ki, layihənin məqsədi gənc ailələrin məlumatlandırılması, maarifləndirilməsi və onların tez-tez üzləşdikləri problemlərin həllində onlara mütəxəssis tövsiyələrini çatdırmaqdır.

OXŞAR XƏBƏRLƏR