Oğuz Rayon Prokurorluğu 25 yaşlı Rəvanə Həbilovanın intihar olayına münasibət açıqlayıb.
Rayon prokurorluğundan verilən məlumata görə, Rəvanə Həbilovanın cəsədi hazırda müayinə olunur: “Hadisə dünən olub. Rəvanə yaşadığı evin tavanından özünü asıb. Onun ölüm səbəbi hələlik bilinmir. Ravanə ailəli olub, bir övladı var”.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. Qeyd edək ki, iyunun 21-də Oğuz rayonun Böyük Söyüdlü kəndində intihar hadisəsi baş verib. 25 yaşlı Rəvanə Həbilova yaşadığı evdə özünü asıb.
///AzNews.az