Gənc Diplomat Qazaxıstanda Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətindən danışıblar

SİYASƏT
15:40 01.10.2014
1107
Sentyabrın 30-da Azərbaycan Gənc Diplomatlar Birliyinin fəalları Astanada Turan-Astana Universitetinin prorektoru Aleksandr Pyaqay və universitetin tələbələri ilə görüş keçiriblər. 
Görüşdə Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında gənclərin rolu mövzusu ətrafında müzakirələr aparılıb. Bu barədə Aktual.az-a Gənc Diplomatlar Birliyinin baş məsləhətçisi, professor Elman Nəsirov məlumat verib. O bildirib ki, azərbaycanlı gənc diplomatlar qazaxıstanlı həmkarlarına ölkəmizdə
mövcud davamlı iqtisadi inkişaf, siyasi sabitlik, nümunəvi tolerantlıq mühiti və xüsusilə uğurlu
gənclər siyasəti haqqında məlumat veriblər:
"Görüş çərçivəsində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun ağır nəticələri haqqında qazaxıstanlı gənclərə ətraflı məlumat verilib. Sonra görüş qarşılıqlı sual-cavab əsasında davam etdirilib. Tərəflər belə təmasların müntəzəm olaraq keçirilməsinin vacibliyini
vurğulayıblar. Həmin gün azərbaycanlı gənc diplomatlar Türk Akademiyasinda da olublar və oranın prezidenti Darxan Kidirəli ilə səmərəli görüş keçiriblər. Türk Akademiyasi ilə Azərbaycan Gənc Diplomatlar Birliyinin əməkdaşlıq münasibətlərinin qurulması və müxtəlif sahələrdə inkişaf etdirilməsi haqqında ilkin razılaşma əldə edilib".
Məlumat üçün bildirək ki, Azərbaycan Gənc Diplomatlar Birliyi idarə heyətinin üzvləri "Azərbaycan-Qazaxıstan xalqlararası münasibətlərin inkişafında gənclərin rolunun artırılması" beynəlxalq layihəsi çərçivəsində Qazaxıstan Respublikasında səfərdədirlər.
OXŞAR XƏBƏRLƏR