Gənc fəal Rəsulzadənin şəkli olan maska taxdığı üçün saxlanılıb? - RƏSMİ AÇIQLAMA

Gənc fəal Rəsulzadənin şəkli olan maska taxdığı üçün saxlanılıb? - RƏSMİ AÇIQLAMA
SOSİAL
12:34 27.06.2020
2220
Daxili İşlər Nazirliyi ötən gün Sumqayıt şəhərində üzərində Məmməd Əmin Rəsulzadənin fotosu olan maska taxdığı üçün saxlanıldığını iddia edən şəxslə bağlı məsələyə münasibət bildirib.

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin şəxsin maskanın üzərində Rəsulzadənin şəklinin olmasına görə saxlanılması barədə iddialar həqiqəti əks etdirmir.

O qeyd edib ki, Cavid Məmmədzadə ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarını pozduğu üçün saxlanılıb:

"Küçəyə çıxmaq üçün iki saat icazə verilir. Vətəndaş isə bu limiti keçdiyi və polisin qanuni tələbinə tabe olmadığı üçün saxlanılıb. C.Məmmədzadə küçədə gəzərkən polis əməkdaşları  icazəsinin olub-olmamasını yoxlayan zaman onun bu limitinin başa çatdığı məlum olub.

Ona bu barədə irad bildirəndə həmin şəxs polisin yanından uzaqlaşmaq istəyib. Vətəndaş dayanmağa dəvət edilsə də, əmrə tabe olmayıb”.

"C.Məmmədzadə polislər tərəfindən saxlanılıb, barəsində toplanmış materiallarla əməlinə hüquqi qiymət verilməsi üçün müvafiq məhkəməyə göndərilib”, - deyə DİN rəsmisi qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: İordaniyada həlak olan ABŞ hərbçiləri ilə bağlı araşdırmanın nəticələri açıqlanacaq
19:34 22.07.2026
Tramp: İordaniyada həlak olan ABŞ hərbçiləri ilə bağlı araşdırmanın nəticələri açıqlanacaq
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
18:51 22.07.2026
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
18:39 22.07.2026
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?