Daha bir türk futbolçu "Real-Madrid"in hədəfində

Daha bir türk futbolçu "Real-Madrid"in hədəfində
İDMAN
12:00 20.11.2023
299
Onuralp Çevikkanı "Real Madrid” heyətinə qatmaq istəyir.
 
AZXEBER.COM İspaniyanın "Sport" qəzetinə istinadən xəbər verir ki,  "Real Madrid” Arda Gülərdən sonra daha bir türk futbolçunu heyətinə qatmaq istəyir. 
"Real Madrid" azarkeşlərinin rəğbətini qazanan Arda Gülər ​transferindən sonra ​digər türk futbolçuların da yolunu da açıb.

İspan nəşrinin yazdığına görə Luninə alternativ axtardığı iddia edilən "Real Madrid" Trabzonspora transfer olunan Onuralp Çevikkanı hədəf alıb.
 
Hələ Trabzonspor komandası ilə oynamayan Onuralp aşağı kateqoriyalardakı çıxışı ilə diqqət çəkib.

Qeyd edək ki, Onuralp Çevikkan həmçinin Almaniya nəhəngi "Bayern Münhen"in də hədəfindədir.
 
Günel


OXŞAR XƏBƏRLƏR