Gənc həkimlər yeni adla, yeni tərkiblə Şəmkir sakinlərinin xidmətinə gəlir - FOTOLAR

Gənc həkimlər yeni adla, yeni tərkiblə Şəmkir sakinlərinin xidmətinə gəlir - FOTOLAR
SOSİAL
15:21 24.02.2020
3123
İlk dəfə 2014-cü ildə Şəmkirdə təsis olunan "Gənc Həkimlər Birliyi" artıq beş ildən çoxdur ki aztəminatlı ailələrin sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədilə humanist tədbirlər həyata keçirir.

AZXEBER.COM xəbər verir ki, birlik üzvləri rayon ictimaiyyəti arasında sağlamlığın gənc keşikçiləri kimi böyük rəğbət qazanıblar.

Müxtəlif kənd və qəsəbələrdə keçirilən pulsuz aksiyalarda insanların müayinəyə axımı onlara olan inamın, sevginin bariz nümunəsidir.

Birliyin gördüyü işlər haqqında çox yazmaq, çox danışmaq olar. Təkcə onu bildirək ki, birlik üzvləri bütün rayon ərazisini gəzib, on minlərlə sakinin pulsuz tibbi müayinə və müalicəsini həyata keçirib, yüzlərlə insanı təmənnasız əməliyyat edib, tibb sahəsində müxtəlif tədbirlər və konfranslar keçiriblər.

Şəmkir Gənclər Mərkəzində birlik üzvlərin növbəti toplantısı keçirildi. "Gənc Həkimlər Birliyi”nin üzvləri artıq yeni adla Şəmkir ictimaiyyətinə xidmət etməyə başlayacaqlarını bildirdilər. Eyni zamanda birliyin heyətində də dəyişikliklər edildi. "Gənc Həkimlər Birliyi” bundan sonra "Gənc Təbiblər Birliyi” olaraq fəaliyyət göstərəcək. Birliyin sədri Şəmkir Rayon Mərkəzi Xəsətxanasının cərahiyyə şöbəsinin baş həkimi Samir Namazov, sədr müavini isə Mərkəzi Xəstəxananın direktor müavini Elçin Əliyev seçilib.

"Gənc Təbiblər Birliyi” adı kimi heyətində də yeniliklər edilib. Beləki bundan sonra birliyin sıralarında ixtisaslı həkimlərlə yanaşı, kiçik və orta tibb işçiləri də sakinlərə xidmət göstərəcəklər.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov əvvəlcə sağlamlığımızın gənc keçikçilərini: "Milli səhiyyə sistemimiz sürətlə müasirləşir, bu sahəyə dövlət qayğısı ildən-ilə artırılır. Həkim olmaq böyük məsuliyyətdir. Çünki bu peşənin daşıyıcılarına hər birimiz üçün əziz olan sağlamlığımızı etibar edirik. Siz dəyərli həkimləri təbrik edir, şərəfli və məsuliyyətli işinizdə uğurlar arzulayıram”.

Tədbirin sonunda yenilənmiş "Gənc Təbiblər Birliyi” işlərini daha da səmərəli şəkildə qurulması, müəyyən yeniliklərin gətirilməsi, onların fəaliyyətinin təkmilləşdirilməsi üçün əməli addımların atılması qarşıya prioritet kimi qoyulub.
  

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR