Gənc jurnalist Türkiyədə Azərbaycanı təhqir edənlərə köşə yazısı ilə cavab verdi

SİYASƏT
16:06 13.01.2015
1421
"Azxeber.com” saytının baş direktoru Əfsələddin Ağalarov Türkiyənin “Cananadolu” agentliyində Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edən köşə yazısı ilə çıxış edib.
“Kardeşimiz yok ama biz varız!” başlıqlı yazıda jurnalist ilk olaraq Azərbaycan Tükiyə münasibətlərinin tarixi ilə bağlı məlumat verərək hər iki ölkə arasında olan qardaşlıq bağlarının möhkəmliyinin sarsılmaz olduğunu bildirib. Yazıda Mustafa Kemal Atatürkün Azərbaycanla bağlı fikirləri, Cumhuriyyət dönəmindən başlayan iki ölkə arasındakı münasibətlərin tarxiliyi qeyd olunub.
Jurnalist yazıda Türkiyədə Azərbaycana qarşı bəzi mediya quruluşları tərəfindən başladılan qərəzli yanaşmaların, bir sıra şəxslərin və dövlətlərin sifarişi əsasında ortaya çıxdığını bildirib. Müəllif yazıda ötən il Çexiyanın paytaxtı Praqada keçirilən beynəlxalq tədbirdə prezident İlham Əliyevin Sarkisyanın Türkiyə əleyhinə səsləndirdiyi soyqırım iddialarına cavab olaraq “Türkiyə burada deyil, amma biz buradayıq!” ifadəsinin qardaşlıq nümunəsi olduğunu bildirib. Müəllif Azərbaycanın haqq səsi olan Xocalı soyqırımı ilə bağlı həqiqətlərin Türkiyə ictimaiyyətinə çatdırılması üçün qardaş ölkə mediyasının dəstəyinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, gənc jurnalist hazırda Türkiyənin bir neçə mediya quruluşlarında köşə yazıları ilə çıxış edir.
Sözügedən köşə yazısını buradan oxuya bilərsiniz:
OXŞAR XƏBƏRLƏR