Gənc jurnalistlər Sosial şəbəkələrdə milli maraqların qorunması yollarını müzakirə edib

Gənc jurnalistlər Sosial şəbəkələrdə milli maraqların qorunması yollarını müzakirə edib
MEDIA
19:30 24.05.2019
6221
Danılmaz faktdır ki, sosial şəbəkələrin ən çox istifadəçisi gənc nəsildir. Onlar şəbəkələrin müsbət tərəfləri ilə yanaşı, mənfi təsirlərinə də məruz qalırlar. Bir çox insan sosial şəbəkələrdən, bütün internet resurlarından öz kiçik bizneslərini qurmaq üçün, lazımi məlumat, materialı əldə etmək və digər məqsədlər üçün istifadə edir. Bununla yanaşı, sosial şəbəkələrin mənfi təsirlərinə məruz qalan şəxslər də az deyil. Müxtəlif qruplaşmalara qoşulan, təxribat, yalan xarakterli məlumatlar yayan, yaxud müəyyən şəbəkələrin təsir dairəsinə düşərək cinayətkar şəbəkələrə qoşulan gənclər də az deyil. Bu cür gənclərlə hər zaman maarifləndirmə işi aparılmalı, onların ətrafında olan insanlar bu cür şəxsləri ziyanverici dəstələrdən uzaqlaşdırmalıdır.
"Sosial şəbəkələrdə milli maraqların qorunması” layihəsi çərçivəsində keçirilən ilk seminarda məhz bu məsələlər qabardılıb. 
XəzərNews.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə baş tutan seminarda jurnalistika fakültəsinin tələbələri iştirak edib. Layihə rəhbəri Aynur Nəsirova hər gün inkişaf edən və həyatımıza sirayət edən texnologiyaların müsbət və mənfi təsirlərindən danışıb. Bildirilib ki, texnologiyanın inkişafı özü ilə birlikdə bir çox yeniliklər gətirir, eyni zamanda internetden istifadənin miqyası genişlənir. Layihə rəhbəri sosial şəbəkələrin ölkənin milli maraqlarının müdafiə edilməsi baxımından əhəmiyyətinə də toxunub. Qeyd edilib ki, ictimai əhəmiyyət kəsb edən bir çox mövzu sosial şəbəkələrdə müzakirə olunur və ictimai rəyin formalaşmasına təsir edir. Eyni zamanda vurğulanıb ki, paylaşılan məlumatlar və yazılan rəylər ölkə əhəmiyyətli hadisələrə reaksiya, gizlin məlumatların qarşı tərəfə ötürülməsi baxımından da əhəmiyyət kəsb edir. 2016-cı ilin aprel hadisələri zamanı sosial şəbəkələrin, burada paylaşılan məlumatların əhəmiyyətinə toxunulub. Dəqiqləşdirilməmiş və təsdiq olunmamış informasiyanı yayan sosial şəbəkə istifadəçilərinin insanlar arasında çaşqınlıq yaratdığı, düşmənin bu məlumatlardan öz xeyrinə istifadə etdiyi misal kimi çəkilib. Bütün bu məsələləri nəzərə alaraq sosial şəbəkələrin mənfi təsirlərindən qorunmağın vacibliyi diqqətə çatdırılıb.
Daha sonra BDU-nun Tədris Studiyasının müdiri Ramin Rzayev çıxış edib. O da çıxışında sosial şəbəkələr vasitəsi ilə yayılan məlumatların auditoriyaya təsir imkanlarından danışıb. Bildirilib ki, internet resurslarından istifadə etməklə dövlət əhəmiyyətli mövzunu bir anda ictimailəşdirmək, onun müsbət həlli üçün mühüm rol oynamaq mümkündür. Nümunə kimi bu günlərdə İçərişəhər tarix memarlıq qoruğunda aparılan təmir işlərinin sosial şəbəkələrdə yayımlanması və əhalinin reaksiyası, bu işin nəzarətə götürülməsi və dövlət səviyyəsində müsbət həlli göstərilib. Müzakirələr zamanı "Keşikçi dağ” monastr kompleksi ətrafında baş verənlərə də toxunulub. Azərbaycan- Gürcüstan münasibətlərinin pozulmasına xidmət edən bir sıra paylaşımlar barədə danışılıb. Diqqətə çatdırılıb ki, sosial şəbəkələrdəki paylaşımlar ölkələrarası münasibətlərə xələl gətirməməli, milli maraqlar nəzərə alınmalıdır. Müxtəli kateqoiyalarından olan insanların məlumatları sosial şəbəkələr vasitəsilə əldə etməsi, məlumat mübadiləsində bu internet resurslarının rolunu nəzərə alaraq paylaşılan məlumatların məsuliyyəti xüsusi vurğulanıb. Daha sonra seminarda iştirak edən tələbələr çıxış edib, onların sualları cavablandırlıb. Seminar müzakirələrlə davam edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Salyanda avtomobil aşıb - 3 nəfər xəsarət alıb
10:11 18.10.2026
Salyanda avtomobil aşıb - 3 nəfər xəsarət alıb
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
10:07 18.10.2026
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib