Gənc müəğənni agır yol qəzasına düşdü

MAQAZİN
17:49 23.07.2012
2346

Gənc müğənni Ceyhun Neymətov avtomobil qəzasına uğrayıb.

Bu barədə müğənni özü açıqlama verib. İfaçının sözlərinə görə, hadisə ötən gecə Xətai rayonu ərazisində baş verib. Ağır yol qəzası gecə saat 02.00 radələrində Əhmədli metrosunun yaxınlığındakı yanacaqdoldurma məntəqəsi ətrafında törədilib.

"Lada" markalı avtomobil Ceyhun Neymətovun idarə etdiyi "Wolksvagen Passat" markalı maşınla toqquşub. Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Heç bir maşında sürücülər tək olmayıb.Ceyhun Neymətov hadisənin ani bir anda baş verdiyini deyir: “Xalqlar Dostluğu”ndan “Əhmədli” metrosuna doğru gedirdim. Qarşı tərəf üçün işıqforun qırmızı işığı yansa da, sürücü buna məhəl qoymadan qaydanı pozaraq yüksək sürətlə keçib maşınımı vurdu. Mən ayaqlarımdan, yanımda olan dostum Xəyal başından bərk zədələndik”.Müğənni ayağında sınıq diaqnozu, dostu isə kəskin baş-beyin travmasi ilə Sabunçu Rayon Xəstəxanasına çatdırılıb. Hazırda onların vəziyyəti normaldır.Qeyd edək ki, zərərçəkənlər artıq evə buraxılıb və müalicələri həkim nəzarəti altında evdə davam etdirilir. Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi açılıb.
//anspress

OXŞAR XƏBƏRLƏR