Gənc müəllimlərin “V Şəbəkələşmə Forumu” uğurla keçirildi - FOTOLAR

Gənc müəllimlərin “V Şəbəkələşmə Forumu” uğurla keçirildi - FOTOLAR
SOSİAL
14:04 22.12.2025
209
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə 20–21 dekabr 2025-ci il tarixlərində "Gənc müəllimlərin V Şəbəkələşmə Forumu” keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, forumun əsas məqsədi gənc müəllimlər arasında peşəkar ünsiyyətin gücləndirilməsi, təhsil sahəsində aktual mövzuların müzakirəsi və şəbəkələşmə imkanlarının genişləndirilməsi olub.

Forumun açılış mərasimində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edərək bu cür platformaların gənc müəllimlərin peşəkar inkişafında mühüm rol oynadığını qeyd edib. Ardınca Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev təhsil siyasətində gənc müəllimlərin yeri və onların ictimai fəallığının vacibliyini vurğulayıb.

Forumun birinci günü çərçivəsində keçirilən I sessiya "Gələcəyi inşa edən müəllimlər və istedadlı uşaqlarla iş” mövzusuna həsr olunub. Sessiyanın spikeri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev müəllimlərin gələcək nəsillərin formalaşmasındakı strateji rolundan, istedadlı şagirdlərlə işin effektiv metod və yanaşmalarından bəhs edib.

Daha sonra baş tutan II sessiya media savadlılığı mövzusunu əhatə edib. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva "Media savadlığı nədir və niyə vacibdir?” mövzusunda çıxış edərək informasiya cəmiyyətində tənqidi düşüncənin əhəmiyyətini diqqətə çatdırıb. Ardınca Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi Nurşərəf Tağıyeva "Media savadlılığı və yeni trendlər” mövzusunda təqdimatla çıxış edib, rəqəmsal mediada baş verən yeniliklərdən danışıb.

Forumun ikinci günü layihə idarəçiliyi və müasir texnologiyalara həsr olunmuş II sessiya baş tutub. I sessiya "Layihələrin yazılması, idarə edilməsi və maliyyə əsaslandırması” mövzusunda keçirilən sessiyada Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının icraçı direktoru Aygün Kərimova layihələrin hazırlanması mərhələləri və maliyyə planlaşdırmasının əsas prinsipləri barədə ətraflı məlumat verib.

II sessiya isə NAYORA-nın təşkilatlarla iş üzrə katibi Elnarə Əliyeva "Süni intellekt və rəqəmsal bacarıqlar” mövzusunda çıxış edərək təhsildə süni intellektin tətbiqi imkanları, müəllimlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

İnteraktiv müzakirələr və fikir mübadiləsi ilə yadda qalan forum gənc müəllimlər üçün yeni əməkdaşlıq imkanları yaradıb və iki gün davam edən "Gənc müəllimlərin V Şəbəkələşmə Forumu” uğurla yekunlaşıb.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb