Gənc müğənni Aynişan Quliyeva xəbərdarlıq etdi

MAQAZİN
13:24 01.11.2012
9280

Facebook sosial şəbəkəsində gənc müğənni, “Avroviziya” musiqi yarışmasının finalçılarından biri, “İslahatçı Gənclər” İctimai Birliyinin mədəniyyət məsələləri üzrə katibi Aynişan Quliyevanın adından saxta profil yaradılıb. Müğənninin gerçək profilində yayımlanan statusları paylaşan, onun və ailə üzvlərinin şəkillərinin yer aldığı saxta profildə Aynişan Quliyevanın adından müxtəlif söhbətlər aparılır, şərhlər verilir.

AZXEBER.COM-a açıqlamasında Aynişan Quliyeva facebook sosial şəbəkəsinin aktiv üzvlərinə müraciət edərək, saxta profilin ona aidiyyatı olmadığını və orada səsləndirilən fikirlərin onun mövqeyini əks etdirmədiyini söylədi: “Mənim facebook sosial şəbəkəsində profilim var. Orada azsaylı dostlar cəmləşib ki, bunların da əksəriyyətini mənim ailə üzvlərim və yaxın dostlarım təşkil edirlər. Lakin bir qrup işbaz adımdan saxta profil açaraq, həqiqi profilimdə yayımlanan statusları yaymaqla, istifadəçiləri guya bunun mənim tərəfimdən həyata keçirildiyinə inandırmağa çalışırlar. Bəyan edirəm ki, burada yazılanlar qətiyyən mənə aid deyil və bir qrup təxribatçının həyata keçirdiyi utanc hərəkətdir. Mən buradan üzümü adımdan saxta profil yaradan şəxslərə tutaraq bildirmək istəyirəm ki, onlar bu qanunsuz hərəkətlərinə son qoymayacağı və saxta profilin fəaliyyətini dayandırmayacağı təqdirdə müvafiq ölçü götürülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm”.

Qeyd edək ki, müğənnini facebook sosial şəbəkəsində rəsmi səhifəsi aşağıdakı kimidir:

OXŞAR XƏBƏRLƏR