Gənc müğənni Aynişan Türkiyəyə gedir

MƏDƏNİYYƏT
15:37 03.09.2012
6344
Tanınmış gənc müğənni, “İslahatçı Gənclər” İctimai Birliyinin Mədəniyyət məsələləri üzrə katibi Aynişan Quliyeva Türkiyənin paytaxtı Ankaraya səfərə gedir. Gənc müğənni sentyabr ayının 8-dən etibarən Ankarada təşkil olunacaq Kərkük günlərinə və bütün Türkdilli xalqların iştirak edəcəyi Anadolu festivalına qatılacaq.

A.Quliyevanın eyni zamanda səfər çərçivəsində Türkiyənin bir sıra televiziyaları və mətbu orqanlarının qonağı olacağı gözlənilir. Gənc müğənni Türkiyənin bir sırda mədəni dairələri ilə işgüzar görüşlər də keçirəcək. //QayNar.info

OXŞAR XƏBƏRLƏR