Gənc oğlan atasına söz qaytaran arvadını çubuqla döydü - TƏFƏRRÜAT

Gənc oğlan atasına söz qaytaran arvadını çubuqla döydü - TƏFƏRRÜAT
SOSİAL
16:17 26.01.2023
1043
Balakən rayonunda 1991-ci il təvəllüdlü Səlim ailə münaqişəsi zəminində həyat yoldaşı Bahara (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Hadisə 28 aprel 2022-ci ildə, saat 21 radələrində baş verib. 

Səlimin fərdi yaşayış evində onunla birlikdə yaşayan Baharla aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı arvadını qəsdən şillə, yumruq və çubuqla vuraraq ona xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən Səlimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2019-cu ildə Bahar ilə ailə qurub:

"Həmin evlilikdən bizim iki azyaşlı uşağımız var. Mən Bahar ilə valideynlərimin yaşadığı evdə ayrı otaqda yaşayıram”. 

Səlim qeyd edib ki, hadisə günü, saat 21 radələrində evdə olduğu zaman atası Əli ilə arvadı Bahar arasında mübahisə yaranıb:

"Mübahisə zamanı arvadım atama söz qaytardı. Buna görə də şillə və yumruqla Baharın sifətinə vurdum. Sonra isə uşaq beşiyinin altında istifadə edilən 1 metr uzunluqda çubuğu götürərək Baharın bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirdim. Həmin zaman evdə atamdan başqa şəxs olmayıb”. 

Qeyd edib ki, əməlindən peşmandır və zərərçəkmiş şəxslə barışmaq istəyib.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Baharın sözlərinə görə, hadisə günü yaşadığı evdə qayınatası ilə aralarında mübahisələri yaranıb:

"Qayınatam mənim valideynlərimin ünvanına nalayiq sözlər işlətdi. Bu zaman ərim başıma, sifətimə yumruqla, uşaq beşiyinin yanından asılmış çubuq ilə isə qoluma, ayağıma vuraraq xəsarət yetirdi. Döyüləndən sonra həyətə, oradan isə qonşuluğa qaçdım. Qonşulardan kimsənin çıxmadığını görərək geri qayıtdım. Həyətdə ərim məni yerə yıxaraq yumruqla başıma vurdu və sonra yola çıxararaq qapının arxasını bağladı”. 

Zərərçəkmiş qeyd edib ki, əri onun başına, qoluna, ayaqlarına, sifətinə yumruq-şillə və çubuqla vuraraq döydüyü zaman qayınatası kənarda dayanaraq onlara tamaşa edib. 

Bu cinayət işinə Balakən Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Səlim aylıq qazancının 15 faizi məbləğində dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzаsınа məhkum edilib. 
 
///Demokrat.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"