Gənc oğlan Votsapda başqa kişiylə danışan sevgilisini öldürdü - Bakıda cinayət

Gənc oğlan Votsapda başqa kişiylə danışan sevgilisini öldürdü - Bakıda cinayət
SOSİAL
11:56 12.02.2017
18760

 

Bakının Suraxanı rayonunda 46 yaşlı qadının qətlə yetirilməsinin təfərrüatları məlum olub.

Qətl hadisəsi Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi 7/8 ünvanında qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayan Göyçay rayon sakini, 1972-ci il təvəllüdlü Zülfiyyə Rəhimova Sabirabad rayon sakini, 25 yaşlı Paşa Cəbrayılov tərəfindən qətlə yetirilib.

Məlum olub ki, 25 yaşlı oğlan bir uşaq anası olan Zülfiyyə Rəhimova ilə qeyri-rəsmi yaşayıb. Bildirilir ki, Zülfiyyə Rəhimova bundan əvvəl ailə qurub və sonradan ərindən ayrılan qadın azyaşlı uşağı ilə kirayədə yaşamağa başlayıb. O, Hövsan qəsəbəsində kafelərdən birində ofisiant işləyib və qazandığı pullarla həm özünü, həm də övladını dolandırıb. Paytaxtda tikintidə fəhləliklə məşğul olan və kirayədə yaşayan Paşa Cəbrayılov bir il əvvəl Zülfiyyə ilə həmin kafedə tanış olub. Sonradan onların arasında münasibət yaranıb.

Daha sonra Paşa ilə Zülfiyyənin münasibətləri istiləşib və bundan sonra Paşa qadının kirayədə yaşadığı evə köçüb. Birlikdə yaşadıqları vaxt Paşa Cəbrayılov kirayə haqqını ödəyib, həm də onlara maddi cəhətdən köməklik edib.

Son günlər Paşa Cəbrayılov Zülfiyyənin onunla münasibətlərinin başqa cür olmasını görüb. Gənc oğlan özündən yaşca böyük olan sevgilisinin başqa kişi ilə münasibət qurmasından şübhələnib. Paşa Cəbrayılov Zülfiyyəni izləməyə başlayıb. Hadisə baş verən günü Paşa Cəbrayılov Zülfiyyə Rəhimovanın Votsap sosial şəbəkəsində başqa kişi ilə danışdığını görüb. Buna görə onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Paşa Cəbrayılov Zülfiyyə Rəhimovanı boğaraq öldürüb.

Cinayəti törədən Paşa Cəbrayılov Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinə gələrək, könüllü təslim olub. Törətdiyi əməli etiraf edən Paşa Cəbrayılov cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq gedir.

(Teleqraf.com)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək