Gənc qadın dediyi bir cümlə ilə işə qəbul oldu - Sirrini hər kəslə bölüşdü

Gənc qadın dediyi bir cümlə ilə işə qəbul oldu - Sirrini hər kəslə bölüşdü
DÜNYA
00:06 02.12.2022
1363
Aktiv sosial şəbəkə istifadəçisi bir sualla işə düzəlməsindən danışıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Cennifer Reardon adlı gənc qadın sosial media hesabında paylaşdığı videoda bir sualla necə işə düzəldiyini açıqlayıb. 

İş müsahibəsində həm işəgötürənlər, həm də namizədlər tərəfindən istifadə olunan sözlər böyük əhəmiyyət kəsb edir.

Cennifer "Müsahibə etdiyim hər işdə yalnız bu ifadəni işlətməklə işə götürüldüm”,- deyə bildirib. 

Onun sözlərinə görə, müsahibəni bitirməzdən əvvəl onlara verəcəyiniz son sual "Mənimlə bağlı hər hansı bir narahatlığınız varmı?" sualı olmalıdır. 

Cenniferin bu videosu "TikTok”da 1.8 milyon baxış, 200.000-ə yaxın bəyənmə və mindən çox şərh toplayıb.

Ayşən