Birlikdə əyləndikləri gecədə yaxın rəfiqəsinin onun sevgilisini əlindən aldığını düşünərək əsəbiləşən 19 yaşlı gənc qadın rəfiqəsinin evini yandırıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 2021-ci ildə Yunanıstanda baş verən bir hadisə yeni məhkəmədən sonra gündəm olub.
6 iyul 2021-ci ildə Salonikidə baş verən hadisədə 17 yaşlı Qabriela adlı yeniyetmə sevgilisi ilə yaxın dostu Eleninin evinə gedib. Həmin vaxt 17 yaşı olan və dostları ilə əylənən Qabriela Eleninin 20 yaşlı sevgilisini əlindən aldığını düşünərək əsəbiləşib.
Hər şey hadisəyə qarışan insanların içki içmək üçün Halkidikidəki Pefkohoriyə getməsi və alkoqol içdikdən sonra qurbanın 20 yaşlı sevgilisi ilə birlikdə getməsi ilə başlayıb. Eleninin evinin girişində aldığı spirti töküb sonra alışqanla yandıran gənc qadın başına gələnləri danışıb: "Qısqandım, xəyanət hiss etdim".
Qabriela açıqlamasında "Cinayətimi qəbul edirəm, kiçik bir şey etməmişəm. Mən aldığım istənilən cəzanı qəbul etməyə hazıram”, - deyə bildirib.
Gülay










































