Türkiyənin İstanbul şəhərində dəhşətli ölüm hadisəsi qeydə alınıb.
AZXEBER.COM-un məlumatına görə, 31 yaşlı qadın marşrut avtobusu ilə ağacın arasında əzilib.
Belə ki, dayancaqda avtobusdan düşən Gülfem Hande yolu keçmək üçün avtobusun arxasından keçmək istəyib. Bu zaman avtobus hərəkətə gəlib və Hande 1 göz qırpımında avtobusla ağac arasında sıxışıb. Qadın hadisə yerində keçinib.