“Gənc qan donorları üçün qış universiteti' davam edir

GƏNCLİK
15:02 01.03.2012
1596

“Gənc qan donorları üçün qış universiteti, Gürcüstan 2012” layihəsi regionda gənclərin birgə şəbəkələşməsi istiqamətində görüləcək işlər üçün çox uğurlu bir başlanğıcdır. Bu sözləri AZXEBER.COM-a açıqlamasında “Qan Donorları Assosiasiyasının” sədri Fuad Əsgərov müsahibəsində bildirmişdir.

26.02.2012 tarixindən etibarən start verilən "Qan Donorları Assosiasiyası", “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Marneuli Gənclər Mərkəzi”nin təşkilatçılığı ilə “Gənc qan donorları üçün qış universiteti, Gürcüstan 2012” layihəsinin açılış mərasimi hökümət və qeyri-hökümət təşkilatlarının iştirak ilə 28 fevral tarixində Gürcüstanın Marneuli şəhərində keçirildi. Rəsmi hissədən sonra 40 nəfərdən çox gəncin iştirak etdiyi universitetin təlim proqramına başlanıldı. İlk proqram qan donorluğu, onun vacibliyi, donorluqda könüllülük və şəbəkələşmə oldu. Universitetin ən yadda qalan məqamı isə onun qeyri-formal təhsil olmasına baxmayaraq, ali təhsil sistemi kimi (rektor, prorektor, dekan və müəllim) idarə olunması idi.

Qeyd edək ki, layihənin məqsədi iki qonşu ölkənin gənc qan donorları arasında şəbəkə yaratmaq, ikitərəfli təcrübə mübadiləsi aparmaq və regional layihələrdə gənclərin iştirakına dəstək olmaqdır. Eyni zamanda qan donorluğuna insanların cəlb olunması üçün təcrübəli olan mütəxəssislərin praktikasından istifadə etməklə yanaşı QHT-lərin qarşılıqlı əlaqəsinin genişləndirməkdir. Məhz bu məqsədlə də layihədə qan donorluğu sahəsində təcrübəyə malik təlimçilər təlimlər keçirilir.

OXŞAR XƏBƏRLƏR