Futbol üzrə Danimarka çempionatının "Bröndbü" - "Olborq" matçında maraqlı hadisə baş verib.
AZXEBER.COM-un məlumatına görə, "Bröndbü"nün xanım azarkeşi komandasının qələbəsini çılğınlıqla qeyd edib.
Gənc qız köynəyini çıxararaq meydançaya girib və dövrə vurmağa başlayıb. Azarkeşlər cəsarətli xanımı alqışlarla dəstəkləyiblər.