Gənc qız ondan ayrılan sevgilisindən belə intiqam aldı - İnanılmaz üsul

Gənc qız ondan ayrılan sevgilisindən belə intiqam aldı - İnanılmaz üsul
DÜNYA
11:31 22.08.2023
409
Gən qız ondan ayrılan sevgilisindən belə intiqam alıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, internetdə tanış olan diş həkimi Sefa K. ilə Elif E.-nin dostluğu bir müddət sonra yerini emosional münasibətə verib.
 
Sevgilərinin hələ də tam cilovlandığını düşünən Elif E. Sefa K.-nin ayrılmaq qərarı ilə böyük məyusluq yaşayıb.
 
Sevgilisi ondan ayrıldıqdan sonra qəzəbli olan Elif ayrılığı həzm edə bilməyib və intiqam almaq üçün inanılmaz üsullara əl atıb. Beynində qisas planları olan gənc qadın bir çox telefon nömrəsi alaraq keçmiş sevgilisinə müxtəlif nömrələrdən mesajlar göndərməyə başlayıb.

Daha sonra çılpaq fotolarını Sefa-ya göndərərək başqaları ilə görüşməsinə mane olmağa çalışıb. Bununla da kifayətlənməyən qəzəbli sevgili icazəsiz Sefa-nın telefon nömrəsini tanışlıq saytına yükləyib. Tanımadığı yüzlərlə nömrədən gələn mesaj və zənglərə hirslənən diş həkimi polisə müraciıt edib. 

İstanbul Anadolu Baş Prokurorluğunun başlatdığı istintaqda müdafiə çıxışı edən şübhəli Elif E. şikayətçinin onu aldatdığını iddia edərək, ittihamları rədd edib. 

Tanışlıq saytının rəsmisinin sayta daxil olan şəxsin telefon nömrəsini deməsi ilə həqiqət ortaya çıxıb.
 
Elifə 8 il 6 aya qədər həbs cəzası tələbi ilə iddia qaldırılıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR