Gənc qızı öldürən qatili elə döydülər ki... - FOTO

DÜNYA
11:04 16.05.2015
3111

Özgecan Aslanın qatili digər məhkumlar tərəfindən döyülüb.

Türkiyədə vəhşicəsinə qətlə yetirilənÖzgecan Aslanın qatilinin döyüldüyünü əks etdirən görüntü yayılıb.

 Türkiyənin Mersin vilayətində Özgecan Aslanı vəhşicəsinə öldürən Subhi Altındökenin saxlanıldığı Qaziantəp cəzaçəkmə müəssisəsində döyüldüyü bildirilir.

Bu barədə Türkiyə mətbuatında xəbərlər yer alıb.

Xəbərlərdə qatilin döyülmüş vəziyyətdə çəkilmiş fotosu yayımlanıb. Sosial şəbəkədə işıq sürətilə yayılan fotoşəkil barədə hələlik rəsmi açıqlama verilməyib.

Bundan əvvəl də Subhi Altındökenin digər məhkumlar tərəfindən təzyiqə məruz qaldığı haqda xəbərlər yayılmışdı.

Xatırladaq ki, Ö.Aslan rəfiqəsi ilə alış-verişdən sonra evə qayıtmaq üçün avtobusa minib. Rəfiqəsi evlərinin yaxınlığında düşdükdən sonra o ictimai nəqliyyatda tək qalıb. Sürücü isə avtobusu kimsəsiz bir yerə sürərək qıza təcavüz etməyə çalışıb. Bu zaman onlar arasında dava düşüb. 20 yaşlı tələbə sürücünün üzünə bibər qazı töküb. Bundan hiddətlənən şəxs onu bıçaq və dəmir parçası ilə öldürüb. Cinayətin izini saxlamamaq üçün isə qızın əllərini biləkdən kəsərək cəsədinə od vurub.

OXŞAR XƏBƏRLƏR