Gənc qızların sevimlisi həbs edilə bilər

İDMAN
17:04 29.03.2013
3055
Məhkəmə kanadalı pop-müğənni Castin Biberi təhqiredici əməldə günahkar saysa, o, cinayət məsuliyyətinə cəlb edilə bilər. 19 yaşlı ifaçı bu yaxınlarda Los-Ancelesdən qayıdıb. Özündən tez çıxması ilə tanınan Castin öz evinin yaxınlığında qonşusu ilə mübahisə edib.Müğənni bu mübahisənin sadəcə söz davası olduğunu desə də, qonşu Castinin onun üzünə tüpürdüyünü iddia edir.Cinayət qanunları üzrə eksperlər təsdiq edirlər ki, əgər Biberin qonşusu bu işin üstünə ciddi şəkildə düşərsə, onu 6 aylıq həbsxana cəzası və 1000 dollar cərimə gözləyir.Lakin hələ Castin Biberə məhkəmədən çağırış vərəqi gəlməyib.
//anspress

OXŞAR XƏBƏRLƏR