Gənc qızların sevimlisi ''İmza Mən''də - FOTO

Gənc qızların sevimlisi
MAQAZİN
13:06 29.09.2012
3250

Hər kəsin sevimlisi, gənc müğənni Elçin Cəfərov 2 oktyabr saat 16:00-da Park Bulvarın 4-cü mərtəbəsindən yayımlanan "İmza Mən" verlişinin qonağı olacaq.

AZXEBER.COM-un məlumatına görə, tanınmış telejurnalist Səxavət Nurun müəllif və aparıcı olduğu verilişdə Elçin Cəfərov ilə bağlı maraqlı faktlar üzə çıxacaq. Verilişdən sonra gənc müğənni fanatlarıyla görüşəcək, onlarla şəkil çəkdirəcək avtoqraf verəcək.

Əgər siz də Elçin Cəfərova daha yaxın olmaq istəyirsinizsə, 2 oktyabr saat 16:00-da Park Bulvarın 4-cü mərtəbəsində olun!

Qeyd edək ki, “İmza Mən” verlişi hər həftənin cümə günləri saat 19:30-da Xəzər TV və Araz FM 103.3-də yayımlanır.

Verlişin informasiya dəstəyi AZXEBER.COM xəbər portalıdır.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR