Gənc sahibkarlar uşaqlar üçün yardım aksiyası keçirdi - FOTOLAR

SOSİAL
14:01 03.06.2020
286
Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın xeyriyyəçilik fəaliyyətlərini örnək götürərək bir qrup gənc sahibkar əlil, kimsəsiz, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yardım aksiyası təşkil edib.

AZXEBER.COM xəbər verir ki, onlar Müqəddəs Ramazan bayramı və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakının Binəqədi rayonu, 6-ci mikrorayon, Üzeyir Hacıbəyli, 4B ünvanında yerləşən Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzini ziyarət ediblər.

Gənc sahibkarlar – "NAIGin K Tovuz Baltiya” MMC-nin icraçı direktoru Gunel Mammadhəsənova və "Adeste Group "-un direktoru Səfa Namazovanın təşkilatçılığı ilə keçirilən xeyriyyə aksiyasına TOPSERVİCE, KARVAN L, Veyseloğlu Şirkətlər Qrupuna daxil olan "OBA" və" Xonça” marketlər şəbəkəsi , "Səba”, "World Kids”, ”Turş Su " şirkətləri də öz dəstəyini verib.

Uşaqları təbrik edən təşkilatçı Gunel Məmmədhəsənova çıxışında bunları qeyd edib: "Bu uşaqların sevinci bizim sevincimizdir. Əl tutmaq , onları sevindirmək, yanında olmaq, onlardan sevgimizi əsirgəməmək hər birimizin borcudur. Çünki onlar bizim cəmiyyətimizin bir hissəsidir, ölkəmizin gələcəyinin inkişafında iştirak edəcək gənclərimizdir. Dəyərli həmkarlarımızın, daima öz sevgisini əsirgəməyən yerli istehsalçıların və şirkətlərin dəstəyi ilə belə xeyriyyə tədbirləri mütəmadi keçiriləcək."

Bu sözlərə dəstək olaraq təşkilatçı Səfa Namazova: "Uşaqlarımızdan müdrik bir insan yetişdirmək istəyiriksə onların dəcəlliyini məhf etməməliyik" deyə bildirib.

Mərkəzin rəhbəri Kəmalə Agazadə və digər çıxış edənlər uşaqlara xoşbəxt və sevgi dolu gələcək, yaxşı oxumaq, sevdiyi peşəyə yiyələnmək və Vətənimizə gərəkli vətəndaş olmaqlarını arzu ediblər. "Yad uşaq olmur, Azərbaycanın hər bir körpəsi bizim cəmiyyətimizin, ölkəmizin övladıdır”, - deyərək onları təbrik ediblər .

Tanınmış müğənnilər Vaqif Şıxəliyev və Tofiq Hacıyevin ifasında şən mahnılar səsləndirilib, tanınmış Fitness eksperti Əkbər Kərimov isə mərkəzin sakinlərini koronovirusdan qorunmaq üçün həkimlərin verdiyi tövsiyələrlə tanış edərək, idmanın həyatımızda və sağlamlığımızda rolundan danışıb.

Xeyriyyə aksiyasında iştirak edən şirkətlərin dəstəyi ilə bütün dünyanda yayılan koronavirus infeksiyasından qorunmaq üçün mərkəzə gigiyenik vasitələr, maskalar, əlcəklər və digər gigiyenik yuyucu vasitələr paylanılıb.

Uşaqların intellektual inkişafını artıran müxtəlif viktorinalar və oyunlar keçirilib, onların maarifləndirilməsi və inkişafı üçün xüsusi hədiyyələr, həmçinin qida məhsulları və geyimlər təqdim olunub.

 

 

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

11:55 24.09.2020

Kəlbəcərdə şəhid olan Həsənin qızı tələbə adını qazandı- FOTO

11:42 24.09.2020

Bakıda "protiv" sürən "Hyundai" keçiddə piyadanı belə vurdu - ANBAAN VİDEO

11:29 24.09.2020

Məleykə Abbaszadə tələbə adı qazananlara müraciət etdi

11:16 24.09.2020

Gürcüstanda daha 259 nəfərdə koronavirus aşkarlandı

11:00 24.09.2020

Özəl klinikadan təqdirəlayiq addım - "Heyətimiz və ambulansımız ilə dövlətimizin yanındayıq"

10:46 24.09.2020

Toylarla bağlı qadağanın aradan qaldırılması xəbərinə RƏSMİ AÇIQLAMA - VİDEO

10:35 24.09.2020

Prezident İsveçin Azərbaycana yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi

10:21 24.09.2020

Nisə Qasımova xərçəng olduğunu etiraf etdi: “Əməliyyat olundum, bundan sonra...”

10:19 24.09.2020

Bu gün İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

10:17 24.09.2020

Sabahdan ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır

09:58 24.09.2020

Bakıda kütləvi dava - Yaralılar var

09:43 24.09.2020

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

01:06 24.09.2020

Ali təhsil müəssisələrinə qəbul nəticələri elan olundu

23:47 23.09.2020

Bakıda 20 yaşlı gənc bıçaqlandı

23:34 23.09.2020

İqtisadiyyat Nazirliyi 225 sahibkarlıq subyektində pozuntular aşkarladı

23:09 23.09.2020

Britaniyada son sutkada koronavirusa 6178 yoluxma qeydə alınıb

X Mostbet