Gənc yaşda ölən qıza "iPhone" formasında məzar daşı düzəldildi - FOTO

DÜNYA
00:14 27.09.2018
9501

Telefonunu əlindən yerə düşürməyən qıza iPhone 6 modelinə bənzər başdaşı qoyulub.

Rusiyada telefonunu çox bəyənən qıza ölümündən sonra iPhone 6 modeli formasında məzar daşı qoyulub.

 

28 yaşında ölən Rita Raisova adlı qızın məzarındakı iPhone-da onun şəkli, doğum və ölüm tarixləri, adı soyadı əks olunub. Məzar daşının arxasında isə "Apple" loqosu, kamera yeri var. Hətta məzar daşının soluna səs tənzimləyici yeri belə qoyulub.

Qəbir daşının düzəldilməsinə 800 dollardan çox pul xərclənib və qranitdən hazırlanıb.

///Milli.Az

 

 

 

 

 


 


OXŞAR XƏBƏRLƏR