“Gənc yazarlar”: Uşaqların Beynəlxalq Müdafiəsi Günü “McDonald’s Azərbaycan”ın yeni layihəsinə start verilib - FOTO

“Gənc yazarlar”: Uşaqların Beynəlxalq Müdafiəsi Günü “McDonald’s Azərbaycan”ın yeni layihəsinə start verilib - FOTO
İQTİSADİYYAT
11:51 01.06.2022
713
1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "McDonald’s Azərbaycan” şirkəti Gəncədə xeyriyyə aksiyası keçirib. Aksiya çərçivəsində "Gənc yazarlar” adlı yeni layihəyə start verilib.

2020-ci ildə Gəncənin bombalanmasından zərər görmüş 6-15 yaşlı 50-dən çox uşaq aksiya çərçivəsində Gəncə şəhərində yerləşən "McDonald’s” restoranına dəvət olunub. Burada onlar üçün əyləncəli proqram təşkil edilib, dadlı təamlardan ibarət süfrə açılıb.

Tədbirdə əsas diqqət "McDonald’s Azərbaycan”ın CARE GROUP şirkəti ilə birgə həyata keçirdiyi "Gənc yazarlar” layihəsinə start verilməsinə ayrılıb. Tədbirə dəvət olunmuş uşaqlar sözügedən layihənin əsas iştirakçılarına çevriliblər.

CARE GROUP şirkətinin rəhbəri və baş psixoloqu Elnarə Şahbazzadənin dəstəyi ilə layihə çərçivəsində uşaqlar üçün "Art-terapiya” və "Koqnitiv davranış terapiyası” üsulları üzrə psixoloji təlimlər keçiriləcəkdir. Dünyada geniş tətbiq olunan bu üsullar qorxuya qalib gəlmək və ümumiyyətlə, psixoloji vəziyyəti yaxşılaşdırmaq baxımından özünü yaxşı tərəfdən göstərib.

Uşaqlarla 6 ay ərzində bir neçə mərhələdə iş aparılacaqdır ki, birinci mərhələ yekunlaşdıqdan sonra uşaqlara öz nağıllarını yazmaq təklif ediləcəkdir. Hər bir uşağa peşəkar psixoloq dəstəyi göstəriləcək və yazılan bütün nağıllar layihə tamamlandıqdan sonra buraxılacaq qalın üzlü kitabda nəşr olunacaq. Gənc yazarların hər birinə yazdıqları birinci kitabın nüsxəsi təqdim ediləcək, tirajın qalan kitabları isə ölkənin kitab mağazalarına paylanacaqdır. Burada arzu edən hər kəs uşaqların nağılları ilə tanış olmaq imkanı əldə edəcək, toplanan bütün vəsait isə kitabın müəlliflərinin ailələrinə kömək üçün veriləcəkdır.

Layihənin müəlliflərinin sözlərinə görə, burada əsas məqsəd uşaqlarda öz gücünə inamı tərbiyə etməkdir. Bu kontekstdə özlərinin yazdıqları nağıllar müsbət terapevtik effektə malik olacaq. Onların gözəl kitab şəklində nəşr olunması isə bu effekti daha da gücləndirəcək və gənc yazarların hər biri üçün böyük əhəmiyyətə malik olacaq.

Bayram tədbirinin sonunda layihə iştirakçılarına gənc yazar dəsti paylanılıb. Yaradıcılıq üçün zəruri ləvazimatların daxil olduğu bu dəst tədbirə daha çox müsbət emosiyalar qatıb.

"Biznesin sosial məsuliyyəti və xeyriyyəçilik fəaliyyəti hər zaman "McDonald’s” şirkətinin korporativ fəlsəfəsinin ayrılmaz tərkib hissəsi olub. "McDonald’s”ın 22 ildən çoxdur ki, Azərbaycanda həyata keçirdiyi xeyriyyəçilik fəaliyyəti çərçivəsində çoxsaylı müxtəlif səpkili layihələr reallaşdırılıb, o cümlədən uşaq evlərinə, tibbi yardım fondlarına və idman tədbirlərinə yardım göstərilib. Bütün bunlar əsasən "McDonald’s”a gələn şəxslərin ianələri və şirkətin keçirdiyi xüsusi aksiyalar sayəsində mümkün olub. İnanırıq ki, birlikdə həyati çətinliklərlə üzləşmiş uşaqlara kömək edə, onların dünyasını daha gözəl və rəngarəng edə bilərik”, - şirkət nümayəndəsi bildirib.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sibel Can 54 yaşında ərə getdi
00:11 25.05.2025
Sibel Can 54 yaşında ərə getdi
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
19:49 24.05.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib