"Gəncə Dövlət Dram Teatrına "Milli" Teatr statusunun verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyevaya , Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədova, Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Adil Kərimliyə dərin təşəkkürümü bildirirəm" deyə aktyor paylaşmında qed edib.
Xatırladaq ki, Gəncə Dövlət Dram Teatrı 1921-ci ildə noyabr ayının 13-də Bakıda yaradılıb. Teatr 1925-ci ilə kimi "Tənqid-təbliğ" teatrına, 1925-ci ildən isə "Bakı-işçi-kəndli" teatrına çevrilmişdir. 1932-ci ilin dekabr ayında teatr bütün heyəti ilə birlikdə Gəncəyə köçürülmüş və fəaliyyətini burada davam etdirmişdir. 1990-cı ildən isə teatr Gəncə Dövlət Dram Teatrı adı ilə fəaliyyət göstərməyə başlayıb. Sonradan Gəncə Dövlət Nizami Poeziya Teatrı Gəncə Dövlət Dram Teatrına birləşdirilib.
Aysel