Gəncə Dövlət Filarmoniyasına direktor təyinatı olub.
Mədəniyyət Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, bu vəzifə Rəşad Yusifova həvalə olunub.
Müvafiq əmri mədəniyyət naziri Anar Kərimov imzalayıb.
Qeyd edək ki, bu vəzifə 2018-ci ildən - Xalq artisti Samir Cəfərovun istefa verdiyi vaxtdan boş idi.