Gəncə Heydər Əliyevin yubileyinə necə hazırlaşır? - FOTOLAR

Gəncə Heydər Əliyevin yubileyinə necə hazırlaşır? - FOTOLAR
SİYASƏT
15:15 04.05.2013
3415
Azərbaycan bütün bölgələrində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirilir.AZXEBER.COM-un məlumatına görə, bu tədbirlərdən ən möhtəşəmi Bakı və Gəncədə baş tutacaq. Tədbirlərlə bağlı artıq son yekunlaşma işləri aparılır. 
Gəncə şəhər icra hakimiyyətindən AZXEBER.COM-a verilən məlumata görə ,ümumilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konsert proqramı sabah (5 may) baş tutacaq. Möhtəşəmliyi ilə fərqlənəcək konsert proqramında Azərbaycanın xalq artisti Brilliant Dadaşova və əməkdar artist Abbas Bağırov çıxış edəcək. 
Gəncə şəhər icra hakimiyyətindən o da əlavə olunub ki, konsertin surpriz qonaqları olacaq. Konsertə surpriz qonaq qismində Ferhat Göçər və ukraynalı müğənni, "Eurovision"un qalibi olmuş Ruslana da çıxış edəcək.Qeyd edək ki, konsert sabah Gəncənin mərkəzində baş tutacaq. AZXEBER.COM xəbər portalı Gəncədə konsertə hazırlıqdan fotoları təqdim edir: Fatimə İbrahimova
OXŞAR XƏBƏRLƏR