Gəncə icra başçısı Elmar Vəliyevin səhhəti ilə bağlı yayılan xəbərlər yalan imiş

Gəncə icra başçısı Elmar Vəliyevin səhhəti ilə bağlı yayılan xəbərlər yalan imiş
11:20 13.02.2013
8017

Gəncənin icra başçısı Elmar Vəliyevin səhhətinin pisləşməsi və xəstəxanaya yerləşdirilməsi haqda mediada məlumat yayılıb. Məlumata görə, müşavirədən sonra zalı tərk edən zaman Elmar Vəliyev qəfildən müvazinətini itirərək yıxılıb: «Dərhal yaxınlıqdakı həmkarları onu qaldırmağa çalışıblar. Lakin vəziyyətin ciddiliyi nəzərə alınaraq. Təcili yardıma zəng vurulub. Həkimlərin yerində müdaxiləsi nəticə vermədiyindən Elmar Vəliyev təcili yardımla xəstəxanaya qaldırıldı». AZXEBER.COM məsələylə bağlı xəbərdə adıçəkilən xəstəxana olan Mərkəzi Klinik Xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxanadan bildirilib ki, dünən ora Elmar Vəliyev adlı şəxs daxil olmayıb. Gəncədən AZXEBER.COM-a daxil olan məlumata görə, icra başçısı Elmar Vəliyev dünənki müşavirədən sonra Gəncəyə qayıdıb və o bü gün səhər icra hakimiyyətində olub, başçının səhhətində heç bir problem yoxdur. Mətbuatda yayılan xəbər isə tamamilə yalandır. Bəzi saytlarda yazılan başqa informasiya isə ondan ibarətdir ki, Elmar Vəliyev bazar günü paytaxt restoranlarının birində oğluna dəbdəbəli toy mərasimi düzənləyib. Paytaxtın ən məşhur saraylarından birində baş tutan mərasimə ölkənin şou-biznes nümayəndələri, rəqs qrupları qatılıb, ən bahalı menyular sifariş olunub. AZXEBER.COM bununla bağlı kiçik araşdırma aparıb və məlum olub ki, icra başçısının oğlunun toyu hələ olmayıb. Onun toyunun yaxın günlərdə baş tutacağı gözlənilir. Xatırladaq ki, dünən Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.

OXŞAR XƏBƏRLƏR