Gəncə sakini bıçaqlanaraq yol kənarına atıldı

Gəncə sakini bıçaqlanaraq yol kənarına atıldı
SOSİAL
22:49 17.09.2018
5383
Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, 30 yaşlı Yusibov Orxan Rövşən oğlu şəhərin Məhsəti qəsəbəsindən keçən yolun kənarında aşkar edilib.

Qarın nahiyəsində bıçaq xəsarəti olan kişi ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

O, dərhal əməliyyat edilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. O.Yusibovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR